"Çox sevincliyəm" — Qızına 400 minlik toy edən Qüdrət Şükürovdan AÇIQLAMA (VİDEO)

MARAQLI 12 fev 2019, 14:24

Bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürov baba olmağa hazırlaşmasından danışıb. 


Q.Şükürov Demokrat.az-a açıqlamasında babalıq sevincini gizlətməyib:


"Nəvəmin olmasından böyük sevinc hissi keçirirəm. Baba olmaq ən gözəl hisslərdir. Çox sevincliyəm".

 

Xatırladaq ki, 400 minlik toyu ilə məşhurlaşan Bakı Lift İdarəsinin keçmiş baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova doğulmayan övladı üçün cinsiyyət partisi keçirib.


A.Şükürova Bakıdakı dəbdəbəli məkanlardan birində baş tutan partinin görüntülərini şəxsi İnstaqram hesabında paylaşıb.

 

Qüdrət Şükürovun qızından dəbdəbəli məclis - Cinsiyyət partisi


İlk evliliyindən bir oğlu olan A.Şükürovanın ikinci evliliyindən də oğlu doğulacaq.


Onu da bildirək ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı başçısı Eldar Əzizovun əmri ilə ötən il oktyabrın 10-da Bakı Lift-Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad edilib. BŞİH-in tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Q.Şükürov haqqında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

 


Zaur Hacılı
Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top