Deputat süni qiymət artımına rast gəlindiyini açıqladı

İQTİSADİYYAT 12 fev 2019, 13:47

“Narahatedici məsələlərdən biri də dollar krediti ilə bağlıdır. İnsanların bu sahədə çox ciddi problemləri olduğu üçün Prezident İlham Əliyevdən xahiş edərdik ki, bu məsələyə də baxsın. Hazırda bu məsələlərlə bağlı məhkəmələrdə 200 minə yaxın iş var”.

 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov deyib.

 

O xatırladıb ki, dollar krediti ilə bağlı Əli Məsimli ilə birlikdə təkliflər hazırlayıb: “Yaxşı olardı ki, bu təkliflər nəzərə alınsın”.

 

Milli Məclisin iclasında deputat Əli Məsimli Prezident seçkilərindən sonra Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlandığını vurğulayıb.

 

Millət vəkili qeyd edib ki, islahatlar xalq tərəfindən dəstəklənir. Deputat Prezidentin minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da dəstəkləyib.

 

Ə.Məsimli ölkədəki qiymət artımından da danışıb:

 

"Cənab Prezidentin sərəncamı təqdirəlayiqdir. Amma çox təəssüflər olsun ki, biz süni qiymət artımına da rast gəlirik. Cənab Prezident özü isə süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib. Bəzi sahibkarlar bayramları, Novruz bayramını bəhanə gətirərək, qiymətləri qaldırırlar”.

 

Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artmasına imkan verəcək. (modern)

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top