İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxdı

HADİSƏ 12 fev 2019, 12:18

Ağstafada olan keçmiş daxili işlər naziri İsgəndər Həmidovun sürücüsü və maşını yoxa çıxıb.

 

Demokrat.Az xəbər verir ki, bu barədə Yenicag.az-a danışan eks nazir bildirib ki, onlar Ağstafadan Qazaxa taksi ilə gediblər. Geri qayıdarkən isə nə maşını, nə də sürücünü tapmayıblar.

 

İsgəndər Həmidovun sözlərinə görə, sürücüsü və maşını yoxa çıxıb

 

Sürücüyə zəng çatmır. Maşın da yerində yoxdur. Düşünürəm ki, onları oğurlayıb və gizlədirlər.

 

İsgəndər Həmidov bildirib ki, hazırda polisə gedirlər, baş vermiş hadisəni araşdırmağa çalışırlar.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top