Abel Məhərrəmov reanimasiyaya yerləşdirilib — Onun səhhətində ciddi problem yaranıb

GÜNDƏM 12 fev 2019, 12:02

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. 


Muxalifet.az etibarlı mənbəyə istinadən xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.


Mənbə deyir ki, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və palataya köçürülüb. Hazırda səhhətinin normal olduğu bildirilir.
Sabiq rektora Allahdan şəfa diləyirik.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top