Baş nazirdən ali təhsillə bağlı QƏRAR

Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib.


Demokrat.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib.


“Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı” adlı sənədin adında da dəyişiklik edilib və burada ixtisaslaşmalar (bakalavriat səviyyəsinə aid olan 1-ci hissə ləğv edilməklə) yalnız magistratura səviyyəsinə aid edilib.


Bu Qərar 2019-cu il 15 sentyabr tarixindən qüvvəyə minəcək.


Demokrat.az

12 Fevral 2019, 11:01   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin