Azərbaycanda zəlzələ — İnsanlar küçələrə axışdı, icra başçısı sakinlərlə görüşdü

HADİSƏ 12 fev 2019, 09:27

Şamaxıda ötən gün zəlzələ olub.


Seysmoloji Xidmət Mərkəzindən Demokrat.az-a verilən məlumata görə, yerli vaxtla 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.


Təkanlar ətraf kənd və rayonlarda hiss olunub. Təşvişə düşən sakinlər evlərini tərk edib. 


Rayon icra başçısı Tahir Məmmədov sakinlərlə söhbətləşib və mümkün qədər gecəni binalarda keçirməməyi məsləhət görüb.


FHN-dən isə bildirilib ki, təkanlardan sonra hər hansı dağıntı baş verməyib.  (baku.ws)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top