"Dostlarımdan üstün vəziyyətdə olduğumun fərqinə vardım" — Komitə sədri tələbəlik illərindən DANIŞDI

Türkiyədə ali təhsil almaq o dövrdə hər bir azərbaycanlı gəncin arzusu idi.

Demokrat.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə müsahibəsi zamanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev deyib.

Tələbəlik xatirələri və Türkiyədə aldığı təhsilin həyatına verdiyi töhfələrdən danışan Mehdiyev mərhum prezident Heydər Əliyevin vasitəsilə Naxçıvan Muxtar Respublikası üçün ayrılan kvotadan yararlanaraq Türkiyədə təhsil şansı əldə etdiyini bildirib. General Sovet İttifaqının son illərindəki dağılmış təhsil sisteminin əksinə Türkiyədə tam şəffaf bir təhsil sistemi ilə qarşılaşdıqlarını qeyd edib.

Tətildə vətənə qayıdanda liseydəki sinif yoldaşlarımla görüşdüm. O zaman dünya görüşü və bilik baxımından dostlarımdan üstün vəziyyətdə olduğumun fərqinə vardım. Bunu sadəcə bir illik Türkiyə təhsili sayəsində əldə etdim”, – Mehdiyev bildirib.

Dövlət Gömrük Komitəsinin sədri uğura nail ola bilmək üçün düzgün təhsilin vacib olduğunu vurğulayıb:“Türkiyə vətənpərvər kimi yetişməyimizdə böyük rol oynadı. Türkiyədə aldığım təhsil həyatımda irəliləyişə nail olmağıma kömək oldu, bugünkü vəzifəyə yüksəlməyimdə, karyeramda mənə qapı açdı. Həyata baxış bucağım dəyişdi”.

Mehdiyev bəzi məktəb yoldaşları və müəllimləri ilə hələ də əlaqələrinin olduğunu, bəzən görüşdükləri və “keçmişin çətin, eyni zamanda da gözəl” xatirələrini” yenidən xatırladıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə 1992-ci ildə Orta Asiya Türk Cümhuriyyətləri ilə birlikdə Böyük Tələbə Layihəsini həyata keçirib. Layihə çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan 2 min tələbə Türkiyədə müxtəlif universitetlərə yerləşdirilərək dövlət hesabına təqaüdlə təhsil alıblar.(axar.az)

11 Fevral 2019, 23:44   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin