""Formula 1”-lə bağlı müqavilənin 2023-cü ilədək uzadılması Azərbaycanın qələbəsidir" — Deputat

GÜNDƏM 11 fev 2019, 22:57

"Bu günlərdə məşhur "Formula 1” avtomobil yarışının Bakıda keçirilməsi ilə bağlı müqavilənin 2023-cü ilədək uzadılması Azərbaycanın, ilk növbədə Prezident cənab İlham Əliyevin apardığı xarici siyasətin növbəti qələbəsi kimi qiymətləndirmək olar".


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.


Deputat qeyd edib ki, ötən dörd il ərzində yarışın Bakıda yüksək səviyyədə təşkil edilməsi, yarışa gələn xarici turistlərin sayının artması və yarışın aparıcı telekanallarla nümayiş etdirilməsi Azərbaycanın cəlbedici və perspektivli ölkə olması anlamına gətirdi.


"Həmçinin ölkənin sürətlə inkişafı, turistlərdə Bakının qədim tarixi qorunmaqla müasir görkəminin formalaşması yarışın gözəlliyini daha da artırır.

Heç bir şübhə ola bilməz ki, prezidetin apardığı uğurlu siyasəti ilə Azərbaycanın qələbələri daha da artacaqdır", - deyə A.Mirzəzadə bildirib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top