"Bütün Azərbaycan xanımları bizim namusumuzdur" — Baş redaktordan söyüş söyənlərə CAVAB

GÜNDƏM 11 fev 2019, 17:55

"Xaricdən bizə qarşı söyüş kampaniyası aparmaq istəyənlər əmin olsunlar ki, onların ana və bacılarının namusunu qorumaq hər bir azərbaycanlının borcudur. Çünki onlar da Azərbaycan vətəndaşlarıdır. Biz mübarizəni onların ailə üzvləri ilə deyil, özləri ilə aparırıq". 


Bu fikirləri Demokrat.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. 


Baş redaktor deyib ki, hər bir Azərbaycan xanımı xalqımızın və dövlətimizin mənəvi sərvətidir:


"Ona görə də hər bir kişinin borcu Azərbaycan xanımını qorumaqdır, onun namusunu, qeyrətini çəkməkdir. Onlar bizi nə qədər söysələr də, biz mübarizəni həmin adamların anası, bacısı, ailə üzvləri ilə deyil, özləri ilə aparırıq. Bir daha deyirəm ki, onlar bizə qarşı nə qədər söyüş kampaniyası aparsalar da biz onların valideynlərini qorumağa borcluyuq. Çünki onların valideynləri və ailə üzvləri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşını qorumaq isə dövlətimizin başlıca siyasətlərindən biridir".


B.Quliyev qeyd edib ki, Azərbaycan kişiləri kimliyindən asılı olmayaraq azərbaycanlı xanımların namusunu çəkməlidir.


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top