“Azərbaycan Qarabağda əməliyyata başlayacaq” — Ermənilər TƏŞVİŞDƏ

GÜNDƏM 11 fev 2019, 15:08

“Ermənistanın Baş naziri Nikol Paşinyan ya Azərbaycanla müharibədə qələbə qazanmalıdır, ya da geri çəkilməlidir”.


Demokrat.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Erməni qartalları - Vahid Ermənistan” partiyasının lideri Xaçik Asryan deyib.


Partiya lideri Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altındakı Dağlıq Qarabağı geri qaytarmaq üçün müharibəyə hazırlaşdığını bildirib:


“Azərbaycan öz Silahlı Qüvvələrini gücləndirir, ordu dayanmadan yenilənir. Müasir silahlar alınır. Hesab edirəm ki, Azərbaycan çox yaxında Qarabağda hərbi əməliyyatlara başlayacaq.


Mən şəxsən Nikol Paşinyanın xalqları sülhə hazırlaşdırma adı altında Qarabağın Azərbaycan verməsinə şahid olmaq istəmirəm. Buna görə də Paşinyan isbat etməlidir ki, Qarabağı Azərbaycana təslim etmək niyyətində deyil”.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top