Tikinti şirkəti Nəsimidə "ağac soyqırımına" hazırlaşır — FOTOLAR

SOSİAL 11 fev 2019, 12:51

Bakının Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi 68A ünvanında "Memar İnşaat 2017 MTK" tikinti şirkəti tərəfindən "İsmayıllı Residense" adlanan 4 binanın həyətində çoxmənzilli yaşayış binası tikilir.


Ərazidə yaşayan sakinlər Demokrat.az-a göndərdikləri müraciətlərində qeyd edirlər ki, tikinti şirkəti rəhbərliyinin göstərişi ilə sözügedən yerdə mövcud olan ağaclar kəsiləcək.


"Ərazi sıxlıqdır. Burada əlavə binalar tikmək digər bina sakinlərinin havasızlığına səbəb olacaq. Üstəlik də bina tikən şəxslər ərazidə ağacları kəsməyə hazırlaşırlar. Tikintiyə razılığın verilməsi belə, qanunsuzluqdur", - deyən sakinlər mövcud qanunsuzluqlara öz etirazlarını bildirməkdə davam etdirəcəklərini bildirir.

 

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top