Mingəçevirdə nəvə dostu ilə nənəsinin evindən oğurluq etdi

Mingəçevirdə oğurluq hadisəsi baş verib.

 

Report xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb.

 

Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək, evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

10 Fevral 2019, 17:31   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin