Professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib

DÜNYA 10 fev 2019, 12:42

Kabil universitetlərindən birinin professoru tələbələri İŞİD terror qruplaşmasına cəlb etməkdə ittiham edilir. O, yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb.

 

Demokrat.Az publika.az-a istinadən xəbər verir ki, Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün əməliyyat keçirilib. Şeyx Məhəmməd Ruhani məscidinin imamı və universitet professoru Əbu Abdulla Mütəvəkkil saxlanılıb.

 

Kəşfiyyat orqanları professorun 16 tələbəsini terrorçuluq və hökumət əleyhinə fəaliyyətə görə yaxalayıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top