Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi

GÜNDƏM 09 fev 2019, 16:02

Şamaxıda zəzlələ səbəbindən yararsız hala düşən evlərin sayı 41-ə çatıb.

 

Demokrat.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fevralın 5-i gecə saatlarında baş verən zəlzələdən sonra rayon icra hakimiyyətinə bu günə qədər 1484 müraciət daxil olub. FHN-in əməkdaşları ilə birgə icra nümayəndələrindən ibarət komisiya müraciət edilən 1484 evdən bu günə kimi 375-nə baxış keçirib. 


Məlum olub ki, 41 ev yaşamaq üçün tamamilə yarasızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. 87 ev qənaətbəxş hesab edilib.

 

Şəhər ərazisində yaşamaq üçün yararsız olan ev sakinləri üçün 12 mənzil kirayələnib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top