"İki avara əlinə mikrofon alıb düşüb Avropanın küçələrinə Azərbaycan xalqını təhqir edir" — Deputat

GÜNDƏM 09 fev 2019, 09:57

"Xaricdən Azərbaycana qarşı söyüş və təhqir kampaniyası aparan adamların ölkəmizdəki yaxınlarını çağırıb onlarla söhbət aparmaq lazımdır".


Bu fikirləri Demokrat.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bildirib.


Deputat deyib ki, yaxınları ilə söhbət zamanı onları söyüş söyməkdən çəkindirilməyə çağırılmalıdır:


"Bu adamların böyüklərini, yaxınlarını tapıb onlarla söhbət aparmaq lazımdır ki, haqq-ədalətə gəlsinlər. Ümumiyyətlə, mən söyüşə söyüşlə cavab verilməsinin tərəfdarı deyiləm. Milli Məclis söyüş yeri deyil, biz qanunvericilik məsələləri ilə məşğul oluruq. Kimsə düşünürsə ki, söyüşə söyüşlə cavab verilməlidir, mən şəxsən buna müsbət baxmıram. Hesab edirəm ki, həmin adamlar deputatları təhqir etməklə Azərbaycan xalqını aşağılayırlar. Mən Məhəmməd Mirzəlini və digər söyüş söyən adamları bu cür əməllərdən əl çəkməyə çağırıram. Onlar pul üçün söyüş söyürlər, onlara verilən pula xidmət edirlər. Bu adamlar üçün dövlətçilik anlayışı yoxdur. Əgər onlar dövlətçiliyin nə olduğunu anlasaydılar, cənab Prezidentimizin Azərbaycan üçün əldə etdiyi bu qədər uğurları dərk edərdilər. Daha söyüş və təhqir kampaniyası aparmazdılar. İki avara uşaq əlinə mikrafon alıb düşüb Avropanın küçələrinə Azərbaycan xalqını təhqir edir. Mən onların bu cür hərəkətlərinə qəti şəkildə etiraz edirəm".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top