Əhaliyə ŞAD XƏBƏR: Azərbaycanda minimum aylıq əməkhaqqı artırıldı

HADİSƏ 08 fev 2019, 18:58

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Demokrat.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.


Sənədə əsasən, minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.


Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etməlidir.


Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 130 manat təşkil edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top