Ərzaq məhsulları, içkilər, meyvələr bahalaşdı — RƏSMİ

SOSİAL 08 fev 2019, 19:57

2019-cu ilin yanvar ayında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin yanvar ayına nisbətən 1,7 faiz bahalaşıb.


Dövlət Statistika Komitəsindən Demokrat.az-a verilən məlumata görə, həmçinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,7 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,4 faiz bahalaşıb.


Cari ilin yanvar ayında 2018-ci ilin dekabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz artıb.


Ötən ilin dekabr ayı ilə müqayisədə, cari ilin yanvar ayında düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun və mal ətinin, suda bişmiş kolbasanın, balıq məhsullarının, süd məhsullarının, kərə və bitki yağlarının, limonun, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, kivinin, qozun, fındığın, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, enerji içkilərinin, spirtli içkilərin qiymətlərində bahalaşma olub.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top