“Onlar “peşəkar” dələduzdurlar" — YAP Siyasi Şurasının üzvündən "Freedom House”-un hesabatına ETİRAZ

GÜNDƏM 08 fev 2019, 11:14

“Freedom House” təşkilatının hesabatı çox gülünc və mənasızdır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Onların hazırladıqları sənədlərin hamısı qərəzlidir”.


Demokrat.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.


O bildirib ki, Qərbin bəzi təşkilatları siyasi alverlə məşğuldurlar: 


“Onlar “peşəkar” dələduzdurlar və maxinasiya ilə məşğuldurlar. Bu cür qurumlar qeyri-hökumət təşkilatı kimi insan hüquq və azadlıqları adı altında müxtəlif dövlətlərə təzyiq göstərmək, öz tələblərini diktə etmək niyyəti güdürlər. "Freedom House” təşkilatının hesabatı təəssüf doğuran bir sənəddir. Ermənistanın irəliyə getdiyini, Azərbaycan və Türkiyənin geridə qaldığını iddia etmək “tamaşaya qoyulacaq” səviyyədə anormal fikirdir. "Freedom House” təşkilatı ölkələrə öz siyasi maraqları çərçivəsində yanaşır. Ona görə də belə qurumların hesabatlarına ciddi baxmaq lazım deyil. Hazırladıqları sənədlərin hamısı qərəzlidir. Bu cür təşkilatların nəinki iki, hətta on sifətləri var”.


Baş redaktor qeyd edib ki, Ermənistan cinayətkar, terrorçu dövlətdir: 


“Ermənilər təkcə Azərbaycanda yox, Gürcüstanda, Türkiyədə, Amerikada, Avropada nə qədər terror hadisələri törədib. “ASALA” terror təşkilatının həyata keçirdiyi sui-qəsdlər, qətllər hamıya bəllidir. Belə bir dövləti inkişaf etmiş ölkələrdən öndə göstərmək çox gülünc və məntiqsiz yanaşmadır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top