"Müsyö Jordan" vəfat etdi — FOTOLAR

HADİSƏ 08 fev 2019, 11:01

SSRİ dövrünün daha bir məşhur simadı dünyasını dəyişib. 

 

Demokrat.az-ın məlumatına görə, Rusiyanın xalq artisti, Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı aktyor Sergey Yurski 83 yaşında vəfat edib.


O, ötən ilin sonunda səhhətində yaranmış problemlərlə bağlı olaraq Moskva xəstəxanalarının birinə çatdırılmışdı.


Azərbaycan tamaşaçıları Sergey Yurskini “Dərviş Parisi partladır” və “Qorxma, mən səninləyəm” filmlərindən yaxşı tanıyırlar.


Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib. Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki,o,Azərbaycanda da filmlərə çəkilib və sevilib.


Xüsusilə onun "Dərviş Parisi partladır" filmində yaratdığı "Müsyö Jordan" obrazı bu günkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası "Müsyö Jordan" rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını canlandırıb. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top