Bərdədə küçəyə atılmış uşaqlar körpələr evinə verildi

HADİSƏ 08 fev 2019, 09:02

Bərdə rayonunda bir neçə gün əvvəl küçəyə atılan iki azyaşlı körpələr evinə verilib.

 

Demokrat.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bərdə rayon Uşaq Xəstəxanasının baş həkimi Rafael Mustafayev bildirib.

 

O, qeyd edib ki, azyaşlılar Gəncə şəhərində yerləşən körpələr evinə yerləşdirilib.

 

Baş həkimin sözlərinə görə, uşaqlar bir neçə gün xəstəxanada saxlanılıb. Sonra sənədlər rəsmi qaydada təqdim edilib və azyaşlılar körpələr evinə göndərilib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top