“Son 2 ildə SOCAR qazma işərini 66 faiz artırıb” — Rövnəq Abdullayev

İQTİSADİYYAT 07 fev 2019, 23:43

“Son 2 il ərzində SOCAR qazma işərinin ümumi həcmini 66 faiz artırıb”. 

 

Demokrat.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib:


“Bizim qazmaçılar və hasilatçılar Xəzər dənizinin geoloji baxımdan ən mürəkkəb yataqlarında işlədiklərinə baxmayaraq, 2015-ci ildən bəri “Bulla Dəniz” və “Ümid” yataqlarında 1 000 atmosferə yaxın təzyiq altında 6 000 metrdən çox dərinlikdə 4 quyu qazaraq, təhvil veriblər. “Ümid” yatağında qazılan yeni quyunun dərinliyi isə artıq 6 810 metrə çatdırılıb, onun qazılması yaxın zamanda tamamlanacaq”.


Onun sözlərinə görə, Azərbaycan neftçilərinin müstəqillik dövründə kəşf etdiyi “Ümid” yatağında hasilat artırılır. 


“Yatağın tammiqyaslı işlənilməsi üçün əlavə olaraq, “Ümid-2” platformasının tikilməsi, 2020-ci ilin sonlarında isə həmin platformadan ilk quyunun qazılması planlaşdırılır”,- SOCAR prezidenti qeyd edib.


O məlumat verib ki, “Babək” perspektiv strukturunda 2020-ci ildə qazılması nəzərdə tutulan axtarış quyusunun yeri artıq müəyyənləşdirilib. 


R. Abdullayev “Aypara” kimi perspektivli sahələrdə də axtarış qazması üçün hazırlıq işləri görüldüyünü bildirib: 


“Bundan başqa, SOCAR prezidenti qeyd edib ki, BP şirkəti ilə müştərək işlənilən D230 layihəsi üzrə cari ildə qrafikə uyğun olaraq ilkin seysmik kəşfiyyat işləri aparılmalıdır. O xatırladıb ki, həmçinin, BP ilə Abşeron yarımadasının dayazsulu hissəsində qazma işlərinin aparılması üçün süni adanın salınması məsələsi də nəzərdən keçirilir”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top