“Var-dövlətini o dünyaya aparmağı planlaşdıran məmurlar Mübariz Mənsimovdan örnək götürməlidir” - Rəşid Mahmudov

SOSİAL 07 fev 2019, 17:51

“Azərbaycan xalqı Mübariz Mənsimovla fəxr etməlidir”

 

Demokrat.Az xəbər verir ki,bunu Moderator.az açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov iş adamı Mübariz Mənsimovun Türkiyədə təhsil alan 100 azərbaycalı tələbəyə təqaüd verməsinə münasibət bildirərkən deyib. R.Mahmudov M.Mənsimov şəxsiyyətinə həmişə hörmətlə yanaşdığını bildirib:

 

“Mübariz Mənsimovla şəxsən görüşməmişik, amma Azərbaycanımızın ən gözəl, xeyriyyəçi insanıdır. Allah onu qorusun. O, çox insanlara kömək edib, sadəcə ad çəkmək istəmirəm. Azərbaycan xalqı Mübariz Mənsimovla fəxr etməlidir”.

 

R.Mahmudov bildirib ki, bəzi talançı məmurlar M.Mənsimovun xeyriyyəçi əməllərindən örnək götürməlidirlər:

 

“M.Mənsimov bu qədər insanlara əl tutur, amma bizim burdakı məmurlarımız var-dövlət yığırlar. Elə bil öləndə özləri ilə o dünyaya aparacaqlar. Bizim istedadlı tələbələrimiz var, onlara dəstək olmaq lazımdır. Mən şəxsən M.Mənsimova görə çox sevinirəm. Onun şəxsiyyətinə, mənliyinə hörmət edirəm, Azərbaycan xalqına etdiyi bu xeyriyyəçilik əməllərinə görə ona minnətdaram”.


Xatırladaq ki, “Palmalı Holding” Türkiyə universitetlərində təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd verməyi nəzərdə tutur. Bura şəhid, Qarabağ qaziləri və maddi durumu ağır olan ailələrin övladları daxil ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top