Azərbaycanın partiya sədrinin müavini ABŞ səfirliyində görüş keçirdi

HADİSƏ 07 fev 2019, 12:19

AĞ Partiya başqanının birinci müavini Əhəd Məmmədli ABŞ səfirliyinin Siyasi İşlər üzrə müşaviri Uilyam Solleylə görüşüb.


Demokrat.az xəbər verir ki, görüş səfirliyinin dəvəti ilə baş tutub. 


Görüşdə AĞ Partiyanın fəaliyyəti, gördüyü işlər haqqında maraqlanılıb. 


Eyni zamanda, partiyanın siyasi ideoloji xətti və bunun ölkəyə təsiri haqqında söhbət edilib. AĞ Partiyanın beynəlxalq siyasi vizionu haqqında soruşulub. 

 

Картинки по запросу Əhəd Məmmədli


Görüşdə AĞ Partiyanın tərkibi və daxili siyasətə baxışı haqqında da fikir mübadiləsi aparılıb. 


İqtidar-müxalifət münasibətlərində AĞ Partiyanın yanaşması öyrənilib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top