ABŞ-dakı təşkilat Azərbaycanı “azad olmayan” ölkə kimi qiymətləndirdi — Bakıdan ETİRAZ

HADİSƏ 07 fev 2019, 11:18

ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı 2019-cu il hesabatında Azərbaycanı “azad olmayan” dövlətlər sırasında göstərib. 


Demokrat.az xəbər verir ki, siyasi hüquqlar və mülki azadlıqlara həsr olunan hesabatda Azərbaycan həmçinin Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirilib.


“2019-cu il dünya ölkələrində azadlığın vəziyyəti haqqında” adlı hesabatda Azərbaycanın 11 xal topladığı deyilir. Ermənistan 51, Gürcüstan isə 63 xal əldə edərək “qismən azad” ölkələr siyahısında yer alıb. Sənəddə yazılır ki, siyasi hüquqlar və vətəndaş azadlıqları göstəricilərinə görə, Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan geriləyib, Ermənistan irəliləyib. İran və Rusiya isə eyni göstəricilərdə qalıb. Sənəddə həmçinin Azərbaycan iqtidarına qarşı sərt tənqidi fikrilər yer alıb. Orada qeyd edilib ki, Azərbaycan hakimiyyəti ölkədə media və vətəndaş cəmiyyəti azadlıqlarının qorunduğunu və siyasi opponentlərinə qarşı hər hansı repressiya aparılmadığını bildiriblər.

 

Похожее изображение


Rəsmi Bakı “Freedom House”un bundan əvvəlki hesabatlarını qərəzli hesab etdiyi kimi, sonuncunu da qərəzli hesab edir.


Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident yanında Əfv Komissyasının üzvü Əliməmməd Nuriyev də hesabatı qərəzli sayır. 


O musavt.com-a deyib ki, “Freedom House”un Azərbaycana qarşı bir çox məsələlərdə tutduğu mövqe o qədər də obyektiv hesab edilə bilməz:

 

Картинки по запросу Əliməmməd Nuriyev

 

“Bir çox hallarda qərəzli mövqedə yanaşılır. Azərbaycanda, əlbəttə ki, problemlər var, amma bu, o səviyyədə deyil ki, Azərbaycan azad olmayan ölkələr siyahısında yer alsın. Əgər Azərbaycanda hüquq və azadlıqlar qorunmasaydı, Azərbaycan bir sıra dünya reytinqlərində mövqeyini yaxşılaşdıra bilməzdi”.


Əliməmməd Nuriyev “Freedom House” təşkilatının Azərbaycanla bağlı məlumatlar hazırlayan mənbəyinin dəyişməsini, bir neçə fərqli mənbələrə əsaslanmasının lazım olduğunu düşünür: 


“Əsas məsələ odur ki, təşkilat hansı mənbələrlə işləyir. Bu mənbələr heç vaxt açıqlanmır. Görünən ondan ibarətdir ki, ”Freedom House”a verilən informasiyaların mənbəyinin özündə problem var və bu problemlər istər-istəməz onun qiymətləndirməsinə təsir göstərir. Azərbaycanın daxilində də ölkəyə qərəzli olduğunu hər zaman nümayiş etdirən insanlar var. Onlar belə qurumları özlərinin yanlış informasiyası ilə təmin edirlər, nəticədə belə qiymətləndirmə alınır”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top