"Barselona" - "Real" oyunu heç-heçə başa çatdı

İDMAN 07 fev 2019, 09:22

Futbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.


Demokrat.az-ın məlumatına görə, "Nou Kamp" stadionunda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.


Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.


"Barsa"nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda "Barselona" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

 
Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları 27-28 fevralda keçiriləcək.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top