İnstaqramda saxta “layk” və abunəçi toplayanlara qarşı üsul hazırlandı

SOSİAL 07 fev 2019, 06:25

İnstaqram populyarlıq üçün kənar proqramlardan istifadə edən boş hesablardan saxta “layk”, şərh və abunəçilərin silinməsi üçün alət təqdim edib.

“Demokrat” “ICTnews”a istinadən xəbər verir ki, sözügedən sosial şəbəkə öz hesabına “layk” və abunəçilərin sayını süni şəkildə artıran proqramlar üçün giriş imkanı yaradan istifadəçilərə xəbərdarlıq göndərəcək.

Belə istifadəçilərə göndəriləcək xəbərdarlığın mətni ondan ibarət olacaq ki, kənar proqramın girişi ləğv edilib və istifadəçi parolunu dəyişdirməlidir.

Həmçinin qeyd edilir ki, İnstaqram abunəçilərin sayını artırmağı təklif edən xidmətlərin reklamını qadağan edir. Sosial şəbəkənin nümayəndələri istifadəçilərdən İnstaqramda yerləşdirilmiş belə elanlar haqqında məlumat verməyi xahiş edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top