“Neft 60-70 dollar səviyyəsində qalarsa...” - Nazir

İQTİSADİYYAT 07 fev 2019, 04:26

“Əgər neftin qiyməti 60-70 dollar səviyyəsində qalarsa, bu, bizim iqtisadiyyatımız və planlarımız üçün çox müsbət olacaq”.

“Demokrat” xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov “Bloomberg”ə açıqlamasında deyib. Onun sözlərinə görə, bu, istehsalçılar və istehlakçılar üçün də yaxşı qiymətdir. 

Nazir onu da bildirib ki, OPEK və tərəfdaşları ehtimal ki, neft hasilatının azaldılması ilə bağlı sazişi bu ilin sonuna qədər uzadacaqlar. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top