Para-taekvondoçularımız dünya çempionatında 3 medal qazandı (FOTOLAR)

İDMAN 06 fev 2019, 21:03

Türkiyənin Antalya şəhərində keçirilən para-taekvondo üzrə dünya çempionatının son günündə idmançılarımız iki medal qazanıblar. 

 

Demokrat.Az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Elimxan Manafov (K42) bürünc medala sahib olub. Eyni çəkidə yarışan komandanın kapitanı Nicat Müslümov (K42) isə gümüş medal qazanaraq yarışı ikinci pillədə başa vurub.

 

Qeyd edək ki, ilk yarış günündə Röyalə Fətəliyeva (49 kq) da bürünc medal qazanıb. Beləliklə, baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun yetirmələri dünya çempionatından 1 gümüş və 2 bürünc medalla dönür.

 

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

 

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

 

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

 

Azerbaijan Taekwondo Federation adlı şəxsin şəkli.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top