Ukraynada qripdən ölənlərin sayı 30-a çatdı

DÜNYA 06 fev 2019, 22:41

Ukraynada son bir həftədə qripdən iki nəfər həlak olub. Bu barədə Ukraynanın Səhiyyə İctimai Mərkəzindən məlumat verilib.

 

Məlumata görə, epidemioloji mövsüm başlayandan bəri Ukraynada qripdən 30 nəfər ölüb. Onlardan 4-ü 17 yaşa qədər olan uşaqdır. Ölənlərin heç biri qripə qarşı vaksin olunmayıblar.

 

Ukraynada yanvarın əvvəlindən bu yana 213 min nəfərə yaxın insan qrip virusuna yoluxub. Bunlardan 63 faizə yaxını 17 yaşadək olan uşaqlardır. (AzərTAc)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top