"Keyfiyyətsiz tikilmiş binalarda çatlar əmələ gəlib" — Qurban Yetirmişlidən zəlzələ AÇIQLAMASI

GÜNDƏM 06 fev 2019, 14:10

Xəbər verdiyimiz kimi, Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gün baş vermiş zəlzələ ilə bağlı Unikal.org-a açıqlama verib.


O, bildirib ki, hazırda vəziyyət qorxulu deyil: 


"Vəziyyət normaldır, elə bir qorxulu şey yoxdur, vəziyyət yaxşıdır. Hazırda aktivlik müşahidə edilmir, sakitçilikdir. Köhnə binalarda və keyfiyyətsiz tikilmiş binalarda çatlar əmələ gəlib. Bu gün saat 16:00-da Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələlərlə bağlı mətbuat konfransı keçirəcəm. Baş verən zəlzələ və bölgədəki seysmoloji aktivliklə bağlı son vəziyyət açıqlanacaq".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top