Kəmaləddin Heydərov dağıntılar olan əraziyə getdi — FOTOLAR

HADİSƏ 06 fev 2019, 10:10

Ötən gecə baş verən zəlzələnin fəsadları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətində komissiya yaradılıb.


Bu barədə Demokrat.Az-a Şamaxı Rayon İcra Hakimiyyətindən məlumat verilib. 


Məlumatda bildirilir ki, hadisə ilə bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxıya gedib: 


"Hazırda nazir və rayon rəhbərliyi hadisə nəticəsində dağıntı olan əraziyə baxış keçirilir. Komissiya dəymiş zərərin müəyyənləşdirilməsinə başlayıb".


Xatırladaq ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.


Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.


Digər 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib.


Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top