"Bank VTB Azərbaycan" İFLAS ASTANASINDA!

İQTİSADİYYAT 05 fev 2019, 14:30

"Bank VTB (Azərbaycan)" 2018-ci ili 250 milyon 478 min manat xalis zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank 2017-ci ili 4 milyon 753 min manat xalis mənfəətlə bağlamışdı.


Ötən il "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 7 milyon 806 min manat, faiz xərcləri isə 8 milyon 614 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 809 min manat xalis faiz zərəri yaranıb.


Bank qeyri-faiz əməliyyatlarında da zərər edib. Belə ki, qeyri-faiz zərəri 5 milyon 524 min manat təşkil edib. Ötən il bir manat da olsun xalis qazancı olmayan bank, üstəlik, 24 milyon 577 min manat inzibati və digər xərclər çəkib. Nəticədə "Bank VTB (Azərbaycan)"ın 30 milyon 910 min manat əməliyyat zərəri yaranıb. Ötən ilin əməliyyat zərəri 2017-ci illə müqayisədə cüzi azdır.

 

Похожее изображение


Ziyan əməliyyat zərəri ilə yekunlaşmır. Ötən il ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılan ehtiyata 218 milyon 800 min manat ayrıldığından zərər 250 milyon 478 min manata qalxıb.


"Bank VTB (Azərbaycan)" nə müştərilərə verilmiş kreditlərdən, nə də digər bank xidmətlərindən qazanc götürə bilmir.


Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" 2018-ci il üzrə ən böyük zərəri açıqlayan bankdır.


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top