"Ştutqart"dan qovulan Fərhad Rəfiyev "ZZ Motors"da necə peyda oldu? — FOTOFAKT

SOSİAL 05 fev 2019, 12:41

Bakıda tezliklə ZZ Motors Mağazalar və Avto Servislər Şəbəkəsinin yeni və mərkəzi filialı açılacaq. Filial Babək prospekti 36E ünvanında yerləşəcək. Babək prospekti 37C ünvanında isə uzun illərdir eyni işlə məşğul olan - avto ehtiyat hissələrinin satışını həyata keçirən "Ştutqart" mağazalar şəbəkəsinin ofisi yerləşir. Yəni bu iki mağaza üz-üzə fəaliyyət göstərəcək.


Əslində burda qəribə heç nə yoxdur. Bazar iqtisadiyyatıdır, hər kəs istədiyi yerdə mağaza aça, qanunların icazə verdiyi şəkildə ticarətlə məşğul ola bilər. Amma burda başqa bir maraqlı məqam var...


Belə ki, "ZZ Motors"un yeni açılacaq mərkəzi filialının rəhbərliyində Fərhad Rəfiyev adlı şəxs təmsil olunacaq. Bəs kimdir bu Fərhad Rəfiyev?

 


Həmin şəxs uzun illər "Ştutqart" mağazalar şəbəkəsində çalışıb. qohumlarını da başına toplayaraq, özünə yaxşı şərait qura bilib. Daha sonra "kələfin ucu" görünüb və şirkətdən qovulub. Qovulandan sonra isə mətbuatda və sosial şəbəkələrdə uzun müddət şirkətin imicinə zərər vura biləcək çıxışlar edib, "qara piar" kampaniyası aparıb.
 

Sonradan nə baş verdi, bunu bilmirik. Amma günlərin bir günü Fərhad Rəfiyev "Facebook" səhifəsində bir status paylaşaraq "Ştutqart" rəhbərliyindən üzr istədi: "Uzun illər çalışdığım "Ştutqart" mağazalar şəbəkəsinin rəhbərliyindən aramızda yaşanan insidentlə bağlı üzr istəyirəm. Həmin şirkətin rəhbərliyinə və bütün işçilərinə can sağlığı və biznes fəaliyyətində uğurlar arzulayıram".

 


Beləliklə, Fərhad Rəfiyev susdu. Bundan sonra nə şirkət rəhbərliyini ittiham etdi, nə də bir vaxtlar iddia etdiyi kimi, "öldürülmək təhlükəsi" ilə üzləşdi.


Bu günlərdə isə o, ZZ Motors Mağazalar və Avto Servislər Şəbəkəsinin yeni fəaliyyətə başlayacaq filialında peyda olub. Özü də əsas idarəçilərdən və söz sahiblərindən biri kimi...


Yenə də ortaya sual çıxır: bir şirkətdən işdən çıxan insan başqa yerdə işləyə bilməz ki? Təbii ki, işləyə bilər. Nə baş verməsindən aslı olmayaraq, onun istədiyi yerdə çalışmaq hüququ var. Amma eyni işlə məşğul olan bir şirkətin digərinin ofisi önündə mağaza açması burda hansısa maraqların olmasından xəbər verir. Özü də bu mağazada digəri ilə problemləri olmuş, onlara qarşı ağır ittihamlarla çıxış etmiş birinin söz sahibi olması hər şeyin planlı şəkildə həyata keçirildiyini deməyə əsas verir...

 
Amma və lakin... bizdən xatırlatmaq, Fərhad Rəfiyevin eyni addımları sabah "ZZ Motors"a qarşı da atmayacağına kim təminat verir?(qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top