"Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən,.." — Eynulla Fətullayevdən Siyavuş Novruzova AĞIR SÖZLƏR

HADİSƏ 04 fev 2019, 17:45

Tanınmış jurnalist Eynulla Fətullayev Milli Məclisin Komitə sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun Parlamentin son plenar iclası zamanı səsləndirdiyi çağırışları tənqid edib. 


Demokrat.Az-ın xəbərinə görə, Eynulla Fətullayev özünün "facebook" səhifəsində Siyavuş Novruzovun bu addımını "ən böyük səhv" adlandırıb.


Eynulla Fətullayevin həmin statusunu təqdim edirik:


"Hakim partiyanın ən böyük səhvi - dəyərlərin materiallaşdırmasıdır. YAP-dakı Siyavuş bəyanat verib ki, bəs bu iqtidardan bəhrələnən insanlar hökuməti müdafiə etməlidir))) Bu nə yanaşmadır? Bu nə alverçi təfəkkürdü? Bəs dəyərlər? Məgər Heydər Əliyev fəlsəfəsinin dəyərləri yoxdur? Məgər insanlar mübarizəyə yalnız mal-mülk uğrunda atılmalıdır? Bəs ədalət, bərabərlik, azadlıq, insan səadəti? Faciə ondadır ki, bu fikri söyləyən insan yalnız millət vəkili deyil, Heydər Əliyevin uzun və fədakar mübarizəsi nəticəsində yaratdığı Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunub. Görün hakim partiya hardan hara gəldi - xalq tribunu Sirus Təbrizlidən mənzili partiya dəyərinə çevirmiş plebey Siyavuşa qədər gedən yol... Çox təəssüf!!! Məncə, Siyavuş öz siyasi fəaliyyətində ən qüsurlu bəyanatını verdi. Ay zavallı insan, sən çayxanada və ya kababxanada zarafat etmirsən, bütöv bir xalq qarşısında çıxış edirsən! Bundan sonra YAP gənclər arasında hansı dəyərləri təbliğ edəcək?".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top