"Azərsun Holdinq"in 180 milyon dollarlıq itkisinin SƏBƏBİ

İQTİSADİYYAT 04 fev 2019, 17:20

"Azərsun Holdinq"ə məxsus İmişli Şəkər Zavodu 180 milyon dollar həcmində valyuta itkisi yaradıb. Bu barədə iqtisadçı Nemət Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, burada istehsal 54%, ixrac 59% düşüb.

 

Image result for nemət əliyev axcp

 

"Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlardan aydın olur ki, əvvəlki illə müqayisədə 2017-cı ildə şəkər tozunun idxalı 1% və ya 3 min ton artsa da, 2018-ci ildə bu göstərici 35% və ya 130 min ton azalıb. Belə vəziyyət yerli istehsala təkan vermək üçün bir fürsət kimi qiymətləndrilməli idi. Lakin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar göstərir ki, 2016-ci ildə 419 min ton şəkər tozu istehsal edən İmişli Şəkər Zavodu 2017-ci ildə 228 min ton, 2018-ci ildə isə 194 min ton istehsal edib. 2017-ci ildə 45% azalan istehsal 2018-ci ildə daha 15% düşüb. İstehsalın səviyyəsi iki ilə 54% və ya 224 min ton enib. Baş verənlər bu məhsul çeşidinin ixracının 59% (64 min ton) düşməsinə də səbəb olub. İstehsal və idxalın düşməsi nəticə etibarı ilə şəkər tozuna tələbat göstəricisinin pisləşməsinə gətirib çıxarıb. Tələbat göstəricisi son iki ildə 42% pisləşərək 675 min tondan 389 min tona düşüb. Tələbatın yerli istehsalla təminolunma səviyyəsi isə 62%-dən 50%-dək enib. Beləliklə, ortaya çıxan ümumi mənzərə bundan ibarətdir ki, idxal kəskin azalıb, istehsal və ixrac tənəzzül edib, şəkər tozuna tələbat göstəricisi sıxışdırılıb və yerli istehsalla təminolunma səviyyəsi pisləşib. İstehsalın düşmə tempi idxalın azalma tempi ilə müqayisədə daha sürətli olub və bu da xaricdən asılılıq səviyyəsinin artması ilə nəticələnib", - deyə o qeyd edib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top