"Milla" xamaları sürətlə bahalaşır

SOSİAL 04 fev 2019, 10:29

"Milla" xamaları (20%-lik, 300 q) sürətlə bahalaşır. 


Bu barədə Demokrat.Az-a iqtisadçı-ekspert Samir Əliyev məlumat verib.


Ekspert məlumatı "Bizim market" supermarketinin qiymətləri əsasında hazırlayıb.

 

Картинки по запросу Samir Əliyev


Onun sözlərinə görə, yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. Dekabrda isə yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. 


"Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur", - deyə o bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top