Bərdədə küçəyə atılan körpələrin anası tapıldı - ŞOK TƏFƏRRÜAT

SOSİAL 04 fev 2019, 11:02

Bərdə rayonunda küçədən tapılan körpələrin anası tapılıb.


"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb. 


Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.


Bərdə rayonunda işləyən Y.Osmanova "Report"un yerli bürosuna uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: 


"Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə də özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi həmin evə aparan iş yoldaşıma verib".


Faktla bağlı araşdıma aparılır.
 

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı körpə tapılıb.


Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top