Rəisin bacısı oğlu idarənin maşınını mənimsəyib - Gəncədə özbaşınalıq

SOSİAL 03 fev 2019, 21:51

Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Kommunal İstismar Sahəsinin müdiri Vahid Abdullayevin özbaşılağıqına son qoyulan tapılmır. 

 

Demokrat.Az xəbər verir ki, Xia.az-a məlumat verən mənbənin sözlərinə görə Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı 90 AE 761 dövlət nömrə nişanlı avtomobili Vahid Abdullayev öz bacısının oğluna verib. Həmin avtomobil şəxsi işləri üçün istifadə olunur. Vahid Abdullayevin bacısının oğlu Hacızadə Bəxtiyar Adil oğlu AAYDA-nin Kəlbəcər rayon Yol istismar idarəsində işləyir. O, Dövlət Qaçqınkomun Mənzil İstismar Departamentinin Gəncə şəhəri üzrə Mənzil Komunal İstismar Sahəsinə məxsus VAZ-21074 markalı avtomobillə V.Abdullayevin uşaqlarını məktəbə aparmaqla mışğuldur. Bəxtiyar Hacızadə həmin idarənin işçisi olmadığı üçün bu idarəyə məxsus avtomobilidə idarə etməsi qanuna ziddir. 

 

Vahid Abdullayevdən özbaşınalıq - İdarənin maşınını bacısı oğluna verdi

 

Əldə olunmuş digər məlumata əsasən V.Abdullayev digər iki QAZ-53 markalı 99 JX 285 və 99 JX 286 dövlət nömrə nişanlı avtomobillərdə qəsəbədən kənarda işlədilir. Məlumat verən mənbənin sözlərinə görə idarəyə məxsus su maşınından başqa heç bir maşın idarənin işi üçün istifadə edilmir. 

 

Bu qeyd etdiklərimizdən aydın olur ki, Vahid Abdullayev dövlətə məxsus avtomobilləri şəxsi işləri üçün istifadə edir. Bəs görəsən bunun belə özbağınalığına nədən göz yumurlar?

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top