Goranboyda evlərə hücum edən canavarlar qoyunları parçaladı - FOTOLAR

HADİSƏ 03 fev 2019, 16:15
Ötən axşam Goranboy rayonunda canvar sürüsü kəndə hücum edib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Boluslu kəndində, Sarı Əliyevin təsərrüfatında baş verib.
Belə ki, canavarlar onun 7 baş qoyununu parçalayıb.

Kənd sakini qoyunları həyətyanı sahədə nəzarətsiz qoyub. Həyətdəki səsə çıxan 93 yaşlı kənd sakini canavarların qoyunları parçaladığını görüb.

Boluslu sakinləri deyir ki, tez-tez kəndin ətrafında canavar sürüsü ilə rastlaşırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top