Bankların 1,6 mlrd. manatlıq problemi — RƏSMİ

İQTİSADİYYAT 03 fev 2019, 10:16

2018-ci ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 10,7% artaraq 13 mlrd. 20,3 mln. manata çatıb. 

 

Demokrat.Az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəqəmlərdən bəlli olur ki, 2019-cu ilin əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 585 mln. manat və ya bütün kreditlərin 12,2%-ni təşkil edir. Ümumilikdə, 2018-ci il ərzində problemli kreditlərin həcmi 2,6% azalıb.

 

2018-ci ilin dekabrın 31-nə dövlət payına malik olan banklar (Azərbaycan Beynəlxalq Bankı və Azər-Türk Bank) tərəfindən 2 mlrd. 98,4 mln. manat (+ 9,5%) və ya bütün kreditlərin 16,1%-i, özəl banklar tərəfindən 10 mlrd. 529,8 mln. manat (+ 11,8%) və ya bütün kreditlərin 80,9%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

 

Cari ilin əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 8 mlrd. 73,6 mln. manat (+ 16,1%) milli valyuta, 4 mlrd. 946,7 mln. manat (+ 3%) xarici valyuta ilə verilib. Hesabat dövrünün sonuna xarici valyutada kreditlərin xüsusi çəkisi 38% (2017-ci ilin sonuna 40,8%) təşkil edir.

 

2018-ci il dekabrın 31-nə bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 379,5 mln. manat (bütün kreditlərin 18,3%-i) ticarət və xidmət sahələrinin, 419,2 mln. manat (3,2%) energetika, kimya və təbii sərvətlər sektorunun, 470 mln. manat (3,6%) kənd təsərrüfatı və emal sahələrinin, 388,8 mln. manat (3%) tikinti və daşınmaz əmlak sahələrinin, 706,6 mln. manat (5,4%) sənaye və istehsal sektorunun, 1 mlrd. 370,7 mln. manat (10,5%) nəqliyyat və rabitə sahələrinin, 5 mlrd. 319,6 mln. manat (40,9%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, 2018-ci ildə bankların ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə portfeli 15,5% artıb.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top