"Neftçi" italiyalı hücumçu aldı

İDMAN 02 fev 2019, 16:58

Mövsümün ikinci yarısına hazırlaşan "Neftçi" heyətinə yeni futbolçu cəlb edib.

 

Paytaxt klubu baş məşqçi Roberto Bordinin həmyerlisi olan italiyalı hücumçu ilə güclənib. "Ağ qaralar" "Novara” klubundan Canluka Sansoneni heyətinə qatıb. Hücumçunun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.

 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2 illik müqavilə bağlamağa hazırlaşan forvard aylıq 25 min dollar məvacibə oynayacaq.

 

Bundan başqa, "Neftçi” çempion olacağı halda Sensone əlavə paralar da qazanacaq. Vurduğu hər qola görə də sponsoru klubdan ayrıca məbləğ istəyən hücumçunun nə ilə yadda qalacağı böyük maraq doğurur.

 

Sansonenin karyerası tamamilə İtaliyaya bağlıdır. Forvard peşəkar karyerasına "Montorio" klubunda başlayıb. Daha sonra o, "Valle del Covinko", "Syena", "Qallipoli", "Lansiano", "Frozinone" klublarında oynayıb. Hücumçu "Sassuolo", "Torino" klublarında oynadıqdan sonra "Sampdoriya"ya keçib. 2013-2016-cı illərdə bu klubda oynayan futbolçu 42 oyunda 5 qol vurmağı bacarıb. Daha sonra o, "Bolonya", "Bari" klublarında icarə əsasında çıxış edib. 2016-cl ildən isə "Novara"nın şərəfini qoruyur.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top