"Bunu "qəhrəmanlıq" kimi qələmə verməyə çalışırlar" — DYP-dən yol polisini videoya çəkib yayanlara XƏBƏRDARLIQ

SOSİAL 02 fev 2019, 00:49
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

Bu barədə Demokrat.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

R.Quliyev qeyd edib ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər:

"Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini "qəhrəmanlıq" kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə qayıtması üçün xidmət aparır”.
“Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının "saxla" işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir".
BDYPİ rəsmisi onu da qeyd edib ki - “Unutmamalıyıq ki, YPX əməkdaşları təkçə yollarda yol hərəkəti təhlükəsizliyinin və yol hərəkəti qaydalarının təmin olunmasına nəzərət etmir, eyni zamanda Daxili İşlər Orqanlarının əməkdaşı kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edir".

Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top