“Sevil” massivində ev tikmiş sakinlər Prezident Administrasiyasına ŞİKAYƏT ETDİ

SOSİAL 01 fev 2019, 21:46

Yanvarın 31-də “Sevil” yaşayış massivində (Bakı-Şamaxı yolu üstə, Xırdalan şəhərinə yaxın) ev tikmiş 20-yə yaxın sakin Prezident Administrasiyasının (PA) qarşısında toplaşıb. 


Demokrat.Az xəbər verir ki, həmin şəxslər yerli mediaya açıqlamasında 2012-ci ildə sözügedən ərazidən torpaq almalarını bildiriblər: 


“2015-ci ilə kimi həmin torpaqlara çıxarışlar almışıq, 6-7 idarənin sənədləri əlimizdə var. Adam var 30 min, adam var 50 min manat xərcləyib ev tikdirib. İndi vaxtilə bizə torpaq satan şəxslərin məhkəməsi gedir. Məlum olur ki, bu torpaqlar örüş yerləri olub, onları satmaq düzgün deyilmiş. Biz deyirik ki, həmin şəxslər nə ediblər, öz işləridir. Qanunsuz iş görüblər, cavab verərlər. Amma bundan biz niyə əziyyət çəkməliyik?”.
 

Похожее изображение

 

Şikayətçilər bildiriblər ki, hal-hazırda məhkəmədə torpaqların qaytarılması məsələsi gündəliyə çıxıb. 


Bununla bağlı onlar Abşeron Rayon İcra Hakimiyyətinin ( torpaq Abşeron rayonuna aiddir) nümayəndələri ilə görüşmək istəyiblər, ancaq onları qəbul edən olmayıb. 


Zərərçəkmiş jurnalist Elnarə Kərimova açıqlamasında bildirib ki, artıq 2015-ci ildən etibarən proses davam edir: 


“Birinci instansiya məhkəməsində zərərçəkmiş kimi hüququm tanınıb və  şirkət mənə 23 000 AZN ödəməlidir. Ancaq mən bu qiymətlə nə indi razıyam, nə də əvvəl razı olmuşdum, bunu məhkəmədə də bildirmişdim ki, qiymətləndirmə doğru aparılmayıb. Çünki  həmin ev üçün 40 000 AZN civarında vəsaitim xərclənmişdi. Amma hətta həmin vəsait də artıq 4 ildir ki, mənə ödənmir və proses uzanır. Həmin vəsaitlə bəlkə də 4 il bundan əvvəl nəsə etmək olardı, ancaq indi bu pulla ev almaq mümkün olmayacaq və illərdir ki, vəsaitin ödənilməsi üçün şirkət heç bir addım atmayıb”. 


Məsələ ilə bağlı vəkil Əsabəli Mustafayev açıqlamasında bildirib ki, zərərçəkmiş və təqsirləndirilən şəxslərin çoxluğu səbəbindən proses uzana bilər: 


“Proses yekunlaşdıqdan sonra Apellyasiya Məhkəməsinin qərarı  dərhal qüvvəyə minəcək və qərar icraya yönəldiləcək. Bu səbəbdən də hələ ki, zərərçəkmişlər məhkəmə prosesinin yekun qərarını gözləməlidirlər”.(Cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top