"Donuz qripi"nə yoluxmamaq üçün BUNLARI MÜTLƏQ EDİN

SOSİAL 01 fev 2019, 19:36

Qripdən ən yaxşı müdafiə yüksək risk altında hesab edilən qruplar arasında peyvəndin aparılmasıdır.


Demokrat.Az xəbər verir ki, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisinin yaydığı açıqlamada deyilir.


Bildirilir ki, yüksək risk altında hesab edilən qruplara 65 yaşdan yuxarı olan insanlar, 5 yaşdan aşağı olan uşaqlar, hamiləliyin hər hansı bir mərhələsində olan hamilə qadınlar, xroniki xəstəlikləri olan şəxslər, səhiyyə işçiləri daxildirlər.


Qripin daha çox yayılmasının qarşısını almaq üçün fərdi qoruyucu tədbirlərdən istifadə edərək özümüzü qorumaqdır. Bu tədbirlər əlləri müntəzəm olaraq sabunla yumaq, öskürən və ya asqıran zaman ağız-burun nahiyəsini dəsmalla örtmək, ilkin mərhələdə, ozünü yaxşı hiss etmədikdə, izolasiya olmaq, xəstə insanlarla sıx əlaqədə olmamaq, göz, burun və ya ağıza toxunmaqdan qaçmaqdır.


ÜST açıqlamasında bildirib ki, təşkilatın bütün ölkələrdə qrip viruslarına nəzarət edən qlobal nəzarət sistemini (GISRS) mövcuddur. Ölkələrdə olan laboratoriyalar, həmçinin Azərbaycan, viruslara aid məlumatları həmin sistemə daxil edirlər. Mövcud olan qrip (A/H1N1) aşağı və orta intensivliyi olan tipik mövsümi qrip hesab edilir.


Qeyd edək ki, ÜST Azərbaycanda 16 nəfərin A/H1N1 virusuna yoluxduğunu açıqlayıb. Həmçinin Azərbaycan Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev bildirib ki, virusa yoluxmuş 16 nəfər tam sağalıb.(cebhe.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top