Gürcü nazir “donuz qripi” xəstələrini özü müalicə edəcək

MARAQLI 01 fev 2019, 18:58

Gürcüstanın səhiyyə naziri David Sergeyenko iki həftədən çox müddətdə xəstəxanalarda H1N1 (“donuz qripi”) virusundan yatan xəstələrin müalicəsində şəxsən iştirak edəcək.


Demokrat.Az xəbər verir ki, bu barədə nazir jurnalistlərə özü məlumat verib:


“Reanimasiyada uzun müddət davam edən müalicə artıq komanda qərarı verməyi tələb edir. Bunun üçün konsiliumlar keçirəcəyik. İxtisasım olduğu üçün mən də həmin konsiliumlarda iştirak edəcəm. Bu risk qrupunun xəstələri olan bütün klinikalarda məsləhətləşmələr keçiriləcək”.


Xatırladaq ki, Gürcüstanda H1N1 virusundan ölənlərin sayı 20 nəfərə çatıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top