Gürcüstandan xaricə uçan azərbaycanlıların NƏZƏRİNƏ!

SOSİAL 01 fev 2019, 18:43

"Wizz Air" aviaşirkəti Gürcüstanın Kutaisi aeroportundan altı yeni istiqamət üzrə uçuşlara başlayacaq. 


Demokrat.Az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze məlumat verib.


Belə ki, 2019-cu ilin avqust ayının 1-dən macar aviaşirkəti Kutaisidən Eyndhoven (Hollandiya), Tallin (Estoniya), Kopenhagen (Danimarka), Bari (İtaliya) və Bazel (İsveçrə) şəhərlərinə uçacaq.


Baxtadze bildirib ki, yeni aviareyslər üzrə uçuşların təşkili Gürcüstanın İqtisadiyyat Nazirliyinin əməyinin bəhrəsidir.

 

Onun sözlərinə görə, yeni aviareyslərin açılması ölkə iqtisadiyyatına 100 milyon dollar həcmində investisiyanın cəlb olunması deməkdir.


Gürcüstanın rəsmi statistikasına əsasən, 2018-ci ildə "Wizz Air" qonşu ölkənin ən məşhur aviaşirkəti seçilib. Belə ki, ötən il bu aviaşirkət vasitəsilə 587 179 sərnişin daşınıb. Statistikaya əsasən, daşınan hər 100 sərnişindən 12-si "Wizz Air"i seçir. Yeri gəlmişkən, Azərbaycandan xarici ölkələrə uçan sərnişinlər də "Wizz Air"ə üstünlük verir. Bunun əsas səbəbi kimi, AZAL-ın tarif siyasəti göstərilir. "Buta Airways" loukosterinin yaradılması da vəziyyəti ciddi şəkildə dəyişə bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top