SOCAR Türkiyədə yeni şirkət yaradır

İQTİSADİYYAT 01 fev 2019, 17:28

"SOCAR Turkiye Enerji" Türkiyədə karbamidin alqı-satqısı üzrə əməliyyatlar üçün "Gübretaş" şirkəti (Gubre Fabrialari Turk A.Ş.) ilə birgə müəssisə yaratmağı planlaşdırır. 


Demokrat.Az xəbər verir ki, bu barədə "Gübretaş"ın yaydığı açıqlamada deyilir.


SOCAR-ın Türkiyədəki törəməsi və "Gübretaş" yanvarın 31-də potensial tərəfdaşlıq və paritet əsaslarla (50% - 50%) birgə müəssisənin yaradılması imkanlarının müzakirəsinə başlamaq üçün niyyət məktubu imzalayıb.


"Niyyət məktubunun imzalanması şirkətlərə danışıqlar zamanı birgə müəssisənin qarşılıqlı hüquq və vəzifələrini müəyyən etməyə imkan verəcək", - deyə məlumatda qeyd olunur.


Xatırladaq ki, SOCAR 2019-cu il yanvarın 16-da Karbamid zavodunu istifadəyə verilib. Layihəyə investisiya qoyuluşları 800 mln. avro təşkil edib. Zavod il ərzində 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal edilən məhsulun 70%-nin Türkiyə bazarına ixrac edilməsi planlaşdırılır. Zavod hazır məhsulun ixracından hər il 160 milyon dollara qədər gəlir əldə edəcək.


"Gübretaş" 1952-ci ildə yaradılıb və Türkiyənin kənd təsərrüfatı sektoru üçün gübrə tədarükü üzrə ixtisaslaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top