Tanınmış marketoloq "Azərsun Holding"-in 70 min pul xərclədiyi saytını TƏNQİD ETDİ

SOSİAL 01 fev 2019, 15:24

"Azərsun Holding" rəsmi internet səhifəsini yeniləyib. 


Demokrat.Az xəbər verir ki, "Azərsun Holding"-in bu saytın yenilənməsinə 70 min manat pul xərclədiyi iddia edilir.

 

Saytın görünüşü və funksionallığı əvvəlkindən ciddi şəkildə fərqlənir. 


Məşhur marketoloq Ceyhun Fərzəliyev iddia edir ki, holdinq saytın yığılmasına 70 000 manat xərcləyib.  

 

Похожее изображение


O deyib:


"www.azersun.com yığılmasına 70.000 AZN pul veriblər. Saytda olan problemləri özünüz tapın", - deyə o Facebook hesabında yazıb".
 

Ceyhun Fərzəliyevin həmkarları isə onun paylaşımına səs verərək həmin problemləri sadalayıb. 


Məsələn, Murad Nağıyev yazır ki, saytın axtarış bölməsi işləmir. 


Digəriləri isə saytın gec açılmasından şikayətlənir. Üstəlik, bu cür insanların sayı az deyil. 


Bununla yanaşı, C.Fərzəliyevin başqa bir gileyi saytın mobil versiyasının olmamasındandır.


Zaur Hacılı
Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top