"Bakı Metropoliteni" bu il 30 vaqon alacaq — FOTO

SOSİAL 31 yan 2019, 22:24

Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti 2019-cu il ərzində Bakı metropolitenini üçün 30 yeni nəsil vaqonları istehsal edəcək.

 

"Bakı Metropoliteni" QSC-dən Demokrat.Az-a verilən məlumata görə, bu barədə müqaviləni şirkətin tərkibinə daxil olan "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin direktoru Boris Boqatıryov və "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov imzalayıblar.

 

İstehsal olunacaq 81-765.Б/766.Бmodelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə aiddir. 2017-ci ildən istehsal olunan yeni vaqonlar Bakı metropoliteninin istismar parkındakı eyni modellərin sayını artıracaq.

 

Rəsmi məlumata qeyd edilib ki, alınacaq vaqonlar sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanıb.

 

Əvvəlki nümunələri ilə müqayisədə indiki vaqonların qapıları daha enlidir, qapıların açılıb bağlanması işıqlı xəbərdarlıq sistemi ilə təmin edilib. Vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün rozetkalara malikdir. Baş vaqonlarda əlil arabaları üçün yerlər ayrılıb. Orjinal qrafikalı işıq sxemi yerli informasiya sisteminə uyğunlaşdırılıb.

 

Bakı metropoliteni və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətini uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir. Müəssisə 1967-ci ildən Bakı metropolitenini qatarla təmin edir. Bakı metrosunda hal-hazırda 286 vaqon fəaliyyət göstərir. 2015-ci ildə “Transmaşholdinq” şirkəti Bakı metropoliteninə vaqondan-vaqona birbaşa keçid imkanı olan 81-760.Б/761.Б/763.Б tipli 3 beşvaqonlu qatar verib. 2018-ci ildə metropolitenin vaqon parkı şirkətin 81-765/766 tipli iki beşvaqonlu qatar hesabına genişlənib.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top