"AXCP-nin aparıcı funksionerləri Rəsulzadənin anım tədbirində asayişi pozmağa cəhd ediblər" - Polis MƏLUMAT YAYDI

GÜNDƏM 31 yanvar 2019, 16:58
Yanvarın 31-də əvvəlcə Azərbaycan Xalq Partiyası 3, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası 25, sonra isə Müsavat Partiyası 125, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə 135 - ümumilikdə 288 nəfərlə saat 11:00-dan 14:00-dək olan müddətdə Abşeron rayonunun Novxanı kəndində Məmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü münasibətilə anım mərasimi keçiriblər.

Abşeron Rayon Polis İdarəsindən Demokrat.Az-a daxil olan məlumata görə, qabaqcadan xəbərdarlıq edilməsinə baxmayaraq, AXCP-nin aparıcı funksionerləri anım tədbirinin mahiyyətinə uyğun olmayan siyasi xarakterli şüarlar səsləndirərək ictimai asayişi pozmağa cəhd ediblər.

Lakin bu cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top